Avropada miqrasiya nəzarəti sərtləşdirilir: AK yeni hüquqi mexanizm təqdim edəcək Dünya

Avropada miqrasiya nəzarəti sərtləşdirilir: AK yeni hüquqi mexanizm təqdim edəcək

Avropa Komissiyası (AK) Aİ ölkələrinə miqrantların qəfil kütləvi axını zamanı daha çevik reaksiya verməyə kömək edəcək yeni hüquqi tədbirlər hazırlayır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, təşəbbüslərə şəxslərin qruplarla koordinasiyalı şəkildə geri qaytarılması da daxil ola bilər. Nəşr yazır ki, bu planların sentyabrın 16-da AK rəhbəri Ursula fon der Leyen tərəfindən Avropa İttifaqının vəziyyətinə dair illik müraciəti zamanı açıqlanması istisna olunmur. "Politico"nun həmsöhbəti bildirib ki, Fon der Leyen keçən həftə Aİ ölkələrinin səfirləri ilə nahar zamanı "qrup şəklində deportasiya" ideyasına toxunub və iştirakçılardan "ümumilikdə müsbət reaksiya" alıb.

Məlumata əsasən, Avropa Komissiyası müəyyən hallarda ölkələrin sığınacaq müraciətlərinin baxılmasını hansı şəraitdə dayandıra biləcəyinə dair hüquqi tövsiyələr də təqdim edəcək. "Biz hüquqi mətnlər və təfsirlər təqdim edə bilərik, lakin üzv dövlətlər necə hərəkət edəcəklərinə özləri qərar verəcəklər", — deyə Aİ rəsmilərindən biri bildirib.

Məryəm Quliyeva