İsveç İran səfirlik əməkdaşını ölkədən qovub Dünya

İsveç İran səfirlik əməkdaşını ölkədən qovub

İsveç Xarici İşlər Nazirliyi İran səfirini çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, Krallığın Hökumət Dəftərxanasının məlumatına görə, nazirlikdə ona İranın Stokholmdakı səfirliyinin əməkdaşına ölkəni tərk etməyin təklif olunduğu bildirilib.

"İranın İsveçdəki səfirliyinin əməkdaşına Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyəti ilə əlaqədar ölkəni tərk etmək təklif olunub", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva