Yunanıstan adası yaxınlığında səkkiz zəlzələ baş verib Dünya

Yunanıstan adası yaxınlığında səkkiz zəlzələ baş verib

Çərşənbə günü Yunanıstanın Kasos adası sahllərində maqnitudası 2,4 ilə 4,1 arasında dəyişən səkkiz zəlzələ seriyası qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Ekathimerini" məlumat yayıb.

Ən güclü 4,1 maqnitudalı təkan saat 02:43-də (Bakı vaxtı ilə 03:43-də) baş verib. Yeraltı təkanların episentri adadan 29 km qərbdə yerləşib. Yeddi dəqiqə sonra Kasosdan 35 km qərbdə maqnitudası 3,9 olan təkrar zəlzələ meydana gəlib.

Sonradan seysmoloqlar maqnitudası 2,4 ilə 2,7 arasında olan daha dörd azqüvvəli təkan qeydə alıblar. Maqnitudası 3,2 olan sonuncu zəlzələ saat 10:27-də (Bakı vaxtı ilə 11:27-də) adadan 22 km cənub-cənub-qərbdə baş verib.

Məryəm Quliyeva