15:29
504
İran Silahlı Qüvvələri yakın vaxtda Hörmüz boğazı vasitəsilə neft daşınması üçün istifadə olunan qanunsuz marşrutları bağlayacaq.
Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmməd Rza Nəqdi məlumat verib.
"Yaxın vaxtlarda Hörmüz boğazı akvatoriyasında qayalıq ərazilərin partladılması və dağıdılması yolu ilə qayda pozanlar tərəfindən salınmış bir neçə marşrut bağlanacaq", - deyə onun bəyanatını "Fars" agentliyi sitat gətirir. Nəqdinin iddiasına görə, boğaz vasitəsilə qanunsuz çıxarılan neftin həcmi son dərəcə cüzidir. "Hörmüz boğazının bu tür fəaliyyət üçün açıq olduğunu demək olmaz, lakin bəziləri neft qaçaqmalçılığı və onun tankerlərə yüklənməsi üçün kiçik gəmilərdən istifadə edirlər", - deyə o qeyd edib. Baş komandanın müşaviri vurğulayıb ki, İranın qanuni tələbləri yerinə yetirilənədək "Hörmüz boğazı silahlı qüvvələrin tam nəzarəti altındadır".
Məryəm Quliyeva