15:15
441
NATO-nun Hərbi Komitəsinə daxil olan bütün hərbi xadimlər oktyabrın 6-da Ukraynaya məxfi səfər ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə komitənin rəhbəri Cüzeppe Kavo Draqone məlumat verib.
"Dünən bütün NATO Hərbi Komitəsi ilə birgə Kiyevə səfər etdik", - deyə o, "X" sosial şəbəkəsində yazaraq, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Mixail Drapatı ilə əl sıxışdığı fotosunu paylaşıb.
NATO bundan əvvəl belə bir səfərin təşkil olunacağını bəyan etsə də, onun müddəti və proqramı açıqlanmamışdı.
Məryəm Quliyeva