Almaniya hərbi təyyarəsi Baltik dənizi üzərində manevrlər edir Gündəm

Almaniya hərbi təyyarəsi Baltik dənizi üzərində manevrlər edir

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Airbus A400M Atlas" hərbi-nəqliyyat təyyarəsi Baltik dənizi akvatoriyasında, İsveçin Qotland və Eland adaları arasında manevrlər həyata keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə uçuş resurslarının məlumatlarına istinadən "RİA Novosti" məlumat yayıb.

Qoşunların və hərbi texnikanın daşınması üçün istifadə olunan təyyarə Hannover yaxınlığındakı Vunstorf aerodromundan havaya qalxaraq şərq istiqamətində kurs götürüb. Təyyarə oxşar trayektoriya üzrə ən azı beş dövrə vuraraq uçuşunu davam etdirib.

Məryəm Quliyeva