15:08
707
Baş nazir Sanae Takaiçi Yaponiyanın Amerika nüvə silahının dövlət ərazisində yerləşdirilməsini nəzərdə tutan birgə nüvə missiyalarında iştirak etməyəcəyinə əminlik verib.
Xalqcebhesi.az xəbər verir ki, bu mövzu milli parlamentdəki debat zamanı qaldırılıb.
"Belə bir konsept Yaponiya hökuməti üçün qəbuledilməzdir", - deyə o, deputatlardan birinin müvafiq sualına cavab verib.
Bununla belə, həmin parlament debatlarında daha əvvəl Takaiçi ölkənin nüvə silahına sahib olmaması, istehsal etməməsi və gətirməməsini təsbit edən üç qeyri-nüvə prinsipinə gələcəkdə də ciddi əməl edib-etməyəcəyi ilə bağlı suala dəqiq cavab verməkdən yayınmışdı. O, yalnız hökumətinin ilin sonunda qəbul etməyi planlaşdırdığı təhlükəsizlik üzrə yeni sənədlərin məzmunu barədə "fərziyyələr irəli sürməyəcəyini" bildirmişdi. Hazırda onların mətnini ekspertlər şurası hazırlayır. Mütəxəssislərin bir hissəsi üç qeyri-nüvə prinsipinə yenidən baxılmasının, habelə atom sualtı qayıqlarına sahib olunmasının tərəfdarı kimi çıxış edir. Yaponiyanın müdafiə naziri Şinjiro Koizumi bundan əvvəl dəfələrlə bu məsələ ilə bağlı heç bir məhdudiyyət olmadan müzakirələrin aparılmasına çağırıb.
Məryəm Quliyeva