Zelenski: Partlayışlardan əvvəl tərəfdaşlardan kəşfiyyat məlumatı almadıq Gündəm

Zelenski: Partlayışlardan əvvəl tərəfdaşlardan kəşfiyyat məlumatı almadıq

Ukrayna ötən gecə baş verən partlayışlardan əvvəl tərəfdaşlarından kəşfiyyat məlumatları almayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Vladimir Zelenski məlumat verib.

"Təəssüf ki, tərəfdaşlardan xəbərdarlıq gəlməmişdi", - deyə o, öz "Telegram" kanalında yazıb.

Bazar ertəsi gecə gec saatlarda Ukrayna KİV-ləri Kiyevdəki partlayışların hava həyəcanı siqnalı verilməzdən əvvəl baş verdiyini bildirmişdi.

Məryəm Quliyeva