Məsuliyyətli azadlıq: valideyn və müəllimlər harada səhv edir?
14 Oktyabr 23:50
14 Oktyabr 23:50
14 Oktyabr 23:37
09:00
518
Vaşinqton administrasiyası əvvəllər Rusiya, İran və Venesueladan neft daşıyan gəmilərə qarşı tətbiq edilmiş məhdudiyyətlərin yumşaldılması imkanlarını nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
ABŞ rəsmiləri sırasından olan mənbələrin verdiyi məlumata görə, "ABŞ Prezidenti Donald Trampın administrasiyası daşınma xərclərinin rekord həddə yüksəlməsinin qarşısını almaq", eləcə də Fars körfəzi ölkələrindən tədarük edilən neft və neft məhsullarının həcmini artırmaq məqsədilə Rusiya, İran və Venesuela daxil olmaqla, bir sıra ölkələrdən neft və neft məhsullarının daşınmasında istifadə edilən "kölgə donanması" gəmilərinə qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir.
Nəşrdə qeyd olunur ki, bu məhdudiyyətlərin zəiflədilməsi halında, gəmilərdən bu məqsədlə istifadə etmək istəyən şirkətlər ABŞ Maliyyə Nazirliyindən icazə almalı olacaqlar. Həmçinin ABŞ-nin sözügedən gəmilərlə neft və neft məhsullarının daşınmasına mane olmaması imkanı da müzakirə edilir.
Məryəm Quliyeva