Husilər iki ildir girov saxladıqları BMT əməkdaşını azad ediblər Gündəm

Husilər iki ildir girov saxladıqları BMT əməkdaşını azad ediblər

Üsyançı husilər 2024-cü ilin iyun ayında əsir götürdükləri BMT missiyasının əməkdaşı Sami əl-Kalabini azad ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberqə istinadən məlumat yayıb.

BMT-nin məlumatına görə, üsyançılar onun strukturlarının daha 71 əməkdaşını saxlamaqda davam edirlər. Hərəkat nümayəndələri saxlanılan şəxslərin bir qismini İsraillə əməkdaşlıqda şübhəli bilindikləri ilə əlaqələndirirlər.

Məryəm Quliyeva