13:34
819
Ukraynada prezident seçkiləri münaqişənin bitməsindən altı ay sonra keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə rəhbəri Volodimir Zelenski "NBC News" telekanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, Ukrayna bu müddət ərzində lazımi qanunları qəbul edə və seçkilərin keçirilməsi üçün infrastrukturu hazırlaya biləcək. Zelenski əlavə edib ki, Rusiya hərbi əməliyyatları tam dayandırmağa razılaşarsa, seçki prosesini hətta 60 gün ərzində də yekunlaşdırmağa hazırdır.
Zelenski növbəti dövlət başçısı seçkilərində namizəd kimi iştirak etməyə hazır olduğunu da bəyan edib. Onun sözlərinə görə, bu, "onun məsuliyyətidir".
Məryəm Quliyeva