15:01
735
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elitar hissələri) Hava Hücumundan Müdafiə qüvvələri Hörmüz boğazı səmasında ABŞ-yə məxsus "MQ-9" insansız uçuş aparatını (İUA) vurub.
Xalqcebhesi.az -ın məlumatına görə, "Tasnim" agentliyi SEPAH-ın bəyanatına istinadən bildirib ki, "Dünən axşam SEPAH-ın Hava Hücumundan Müdafiə qüvvələri Hörmüz boğazının hava məkanına nəzarət edərkən bir ədəd "MQ-9" PUA-sını aşkarlayıb və dərhal məhv edib".
Vaşinqton və Tehran arasında münaqişə başlayandan bəri İranın HHM sistemləri 50-dən çox "MQ-9" PUA-sını məhv edib.
Məryəm Quliyeva