Poroşenko seçkiyə 69 milyon xərcləyib Dünya

Poroşenko seçkiyə 69 milyon xərcləyib

Seçki kampaniyası Ukrayna prezidenti Petro Poroşenkoya 96 milyon 400 min qrivenə başa gəlib. Bu barədə mətbuatda rəsmi açıqlama verilib.
Ukrayna mediası bildirir ki, bu pulun 4 milyon 29,4 mini seçkiqabağı təşviqata, 215,1 mini digər təbliğat işlərinə, 9 milyon 851,5 mini ayrı-ayrı xidməti işlərə sərf edilib.
Pulun əsas hissəsi - 82 milyon 379 min qriveni isə yalnız KİV-ə xərclənib.