3 ölkə AB ilə assosiyasiya sazişini imzaladı Dünya

3 ölkə AB ilə assosiyasiya sazişini imzaladı

Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya haqqında sazişlər imzalayıblar.
APA-nın məlumatına görə, imzalanma mərasimi Brüsseldə Avropa Birliyinin sammiti çərçivəsində baş tutub.
Müvafiq sənədlərə Ukrayna prezidenti Pyotr Poroşenko, Gürcüstan baş naziri İrakli Qaribaşvili, Moldova baş naziri Yuri Lyanke, habelə Avropa Birliyi Şurasının prezidenti Van Rompey, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu və Avropa Birliyi ölkələrinin liderləri imza atıblar.
Qeyd edək ki, Ukrayna, Gürcüstan və Moldovanın imzaladığı sazişlər Avropa Birliyi ilə azad ticarəti nəzərdə tutur.