ABŞ kürdləri üçüncü dəfə satdı Dünya

ABŞ kürdləri üçüncü dəfə satdı

Kürd məsələsi Suriyada destabilizasiya üçün ən ciddi təhlükə mənbəyi ola bilər.
Bunu "Reqnum" agentliyinə açıqlamasında rusiyalı politoloq Vladimir Şapovalov deyib.
"Buna səbəblərdən biri Türkiyə ilə konfliktdir. Digər səbəb isə kürd bölmələrinin ərəb əhalisinin sıx məskunlaşdığı Suriyanın şimal-şərqini tutmasıdır. Bu isə konflikt üçün kifayət qədər ciddi mənbədir. ABŞ-ın Suriyadan ordusunu çıxartmasından sonra kürdlər faktiki olaraq çətin situasiyaya düşüblər. Kürd icması ilk dəfə deyil ki, belə situasiyaya düşür. Bundan öncə Afrin və İraq Kürdüstanı ilə bağlı oxşar situasiyalar olub. Hər ikisində ABŞ faktiki olaraq kürdləri satıb və verdiyi vədi pozub. Bu situasiya üçüncü dəfə təkrarlanır. Kürdlər üçün iki ssenari var. Bunlardan biri hər kəslə qarşıdurmaya getmək, digəri isə kompromis variantıdır. Hesab edirəm ki, hadisələr ikinci ssenari üzrə inkişaf edir. Bu isə kürdlərin öz strategiyasını dəyişməyinə səbəb ola bilər", – deyə o bildirib.