Ermənistan sərhəddə yeni sistem qurub Dünya

Ermənistan sərhəddə yeni sistem qurub

Ermənistan son illər antidiversiya tədbirləri çərçivəsində sərhəd bölgələrdə yeni avadanlıqlar qurub.
Bu barədə "Azadlıq" radiosuna müsahibəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.
Ohanyanın sözlərinə görə, mühəndis qurğuları və onlara inteqrasiya olunan sistemlər diversiya nüfuzetməsinin qarşısını almağa imkan verir. Bu qurğular ön xətdə müəyyən ərazilərdə qurulub.
Müdafiə naziri hazırda yeni qurğuların sınaqdan keçirildiyini vurğulayıb. O, xüsusilə İT texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərlə aktiv əməkdaşlıq etdiklərini bildirib.
Ermənistan İnformasiya Texnologiyaları Müəssisələri İttifaqının icraçı direktoru Karen Vardanyan isə Ohanyanın səsləndirdiyi fikirlərlə razılaşmayıb. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin İT sferasında çalışan şirkətlərlə əməkdaşlığını istənilən səviyyədə deyil.