Türkiyənin qələbələri erməniləri bərk narahat edir Dünya

Türkiyənin qələbələri erməniləri bərk narahat edir

Suriyada antiterror əməliyyatlarına görə Ermənistan tərəfi çox narahatdır və bu əməliyyatlara elə bir don geyindirməyə çalışırlar ki, guya Türkiyə Osmanlı İmperiyasının ərazilərini və şöhrətini bərpa etmək və bölgədəki bir nömrəli dövlətə çevirmək üçün ciddi planlar tətbiq edir. Ermənistana məxsus tert.am saytı xəbər verir ki, bunu tert.am-a verdiyi müsahibədə, Fövqəladə və Səlahiyyətli Səfir Arman Navasardyan bildirib.
Məlumata görə, səfir Arman Navasardyan, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatına toxunaraq, Türkiyənin uzun müddətli planlarını İŞİD-lə mübarizə aparmaq adı altında düşüncəli şəkildə həyata keçirdiyini qeyd edib. Navasardyan əminliklə deyir ki, bu gün Türkiyə Osmanlı İmperiyasının ərazilərini və şöhrətini bərpa etmək və bölgədəki bir nömrəli dövlətə çevirmək üçün ciddi planlar hazırlayır. Arman Navasardyan qeyd edib ki, Türkiyə müasir silahlar topladığı Naxçıvan istiqamətində Ermənistan üçün də ciddi təhlükədir. Bir sözlə Türkiyənin qələbələri erməniləri bərk narahat edir və buna görə də türklərin terrorçular üzərində savaşına don geyindirməyə çalışırlar.