Zelenskidən qəza açıqlaması: Sui-qəsd, yoxsa... Dünya

Zelenskidən qəza açıqlaması: Sui-qəsd, yoxsa...

Komissiya tərəfindən Tehran yaxınlığındakı qəzanın araşdırılması ilə bağlı ilkin hesabatı gözləməyə və fərziyyələrdən çəkinməyə çağırıram.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Hazırda informasiya məkanımız faciə ilə bağlı bir çox nəzəriyyə və versiyalarla doludur. Aydın məsələdir ki, hamımız həqiqəti mümkün qədər tez öyrənmək istəyirik, amma bu kimi məsələlərdə sürət həqiqətə mane ola bilər. Komissiyanın araşdırma ilə bağlı hesabatını gözləmək lazımdır. Ukraynanın informasiya müharibəsində olduğu bir şəraitdə hər kəsdən xahiş edirəm ki, manipulyasiyalardan, fərziyyələrdən, sui-qəsd nəzəriyyələrindən və yoxlanılmamış məlumatlardan uzaq dursun”, - prezident bildirib.
Qeyd edək ki, ötən gün İrandan Ukraynaya uçan sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində 167 sərnişin və 9 heyət üzvü ölüb.