“Paşinyanın Qafanda  verdiyi  bəyanatı  Moskva nəzərə almalıdır” Dünya

“Paşinyanın Qafanda  verdiyi  bəyanatı  Moskva nəzərə almalıdır”

“Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına hazırdır, sadəcə olaraq, bununla bağlı məsuliyyəti tək üzərinə götürmək istəmir və digərləri ilə məsuliyyəti bölmək imkanları axtarır”.
Bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
Lakin Markov qeyd edir ki, Dağlıq Qarabağda separatçı rejimin “prezidentliyinə” namizədlər bu fikri yaxın buraxmırlar.
“Namizədlərin ərazilərin qayıdışına qarşı çıxması seçkilərə hesablanıb. Hərçənd, seçkidən sonra da seçiləcək yeni “prezident” eyni mövqeni nümayiş etdirəcək. Bu baxımdan, tək qalan Paşinyan əraziləri qaytarmaq məsələsindən çəkinir, ən azı indi belədir. Hazırda erməni baş nazir Qarabağla bağlı əhalinin əhval-ruhiyyəsini yoxlayır. Əgər o, razılığa getməyəcəksə, böyük ehtimalla hərbi hərəkətlərin yeni alovunu görəcəyik. O zaman, Paşinyan həmsədr ölkələrdən xahiş edəcək ki, onlar tərəflər arasında atəşkəsi bərpa etsinlər. Beləliklə, Putin, Tramp və Makron rəsmən münaqişə tərəflərini razılaşmağa dəvət edəcəklər. Paşinyan da erməni əhalisinə deyəcək ki, “baxın mən müqavimət göstərirdim, amma dünya ictimaiyyəti münaqişənin həlli ilə bağlı təzyiq edir”, - Markov bildirib.
Siyasi analitik Qriqori Trofimçuk isə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qafanda təşkil etdiyi mətbuat konfransı zamanı səsləndirdiyi bəzi fikirlərə toxunarkən bildirib ki, Paşinyanın əvvəlkilərə bənzər şəkildə iddia etdiyi kimi, bu müharibə Rusiya tərəfindən təhrik edilməyib. Paşinyan o zaman hakimiyyət başında deyildi, Sarkisyana qarşı isə rus tərəfinin heç nəyi yox idi, elə deyil?
Qeyd edək ki, yanvarın 25-də Qafanda mətbuat konfransı zamanı Paşinyana 2016-cı ildə Aprel döyüşlərinin Rusiyanın razılığı ilə baş verməsi ilə bağlı bəyanatına dair sual verilib. Paşinyan cavab olaraq qeyd edib ki, 2016-cı ildə verdiyi bəyanatlar indi də “Facebook” səhifəsindədir. Paşinyanın sözlərinə görə, erməni cəmiyyətini narahat edən məsələləri rus həmkarları ilə müzakirə edib.
Trofimçuk qeyd edib ki, Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi bəyanatlarından indi də imtina etmədiyi barədə birbaşa şəkildə danışır.
“Paşinyanın əvvəlkilərə bənzər şəkildə iddia etdiyi kimi, bu müharibə Rusiya tərəfindən təhrik edilməyib. Paşinyan o zaman hakimiyyət başında deyildi, belə bir şeyə icazə vermək, yumşaq dildə desək, hadisələrin qəribə inkişafı üçün isə rus tərəfinin Sarkisyana qarşı heç nəyi yox idi. Paşinyanın Qafanda verdiyi bəyanat birbaşa təxribat kimi görünür. Moskva hər hansı qaydada onu nəzərə almalıdır”,- deyə Trofimçuk bildirib.