Çindən çağırış: İrana sanksiyaları ləğv edin! Dünya

Çindən çağırış: İrana sanksiyaları ləğv edin!

Koronavirusla effektiv mübarizənin reallaşdırılması üçün İrana qarşı sankisyaların ləğvinə çağırırıq.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.
O, hazırkı sanksiyaların yalnız İranda koronavirusla bağlı vəziyyəti pisləşdirəcəyini bildirib.
XİN rəsmisi Çinin İranda koronavirusun yayılmasını diqqətlə izlədiyini söyləyib. Diplomat Pekinin həmçinin İrana tibbi yardım göndərdiyini vurğulayıb.