

14 Oktyabr 14:55
Səfir: Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir
Xırdalanda 19 yaşlı oğlan qətlə yetirilib, həmyaşıdı tutulub
Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib
Aleksey Overçuk: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Körfəzə ən qısa yoldur
Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək
Vahid Rusiya Partiyasından olan deputat Valentina Tereşkova Konstitusiya dəyişiklikləri haqqında qanun layihəsinə prezidentlik müddətinin sıfırlanması barədə düzəlişin edilməsini təklif edib.
O, Konstitusiyada prezidentlik müddətinin sayı barədə məhdudiyyətin ləğv edilməsi gərəkdiyini deyib.
Tereşkovanın bu təklifindən sonra spiker Vyaçeslav Volodin təklifin müzakirəsi üçün fasilə təklif edib. Bundan sonra Volodin öz kabinetinə qalxaraq, Tereşkovanın təklifi və növbədənkənar parlament seçkisini Putinlə müzakirə üçün ona zəng edib.
Volodinin fraksiya rəhbərləri ilə bununla bağlı görüşünün olacağı da vurğulanıb.
Vahid Rusiya Partiyasının fraksiyasının lideri Sergey Neverov indidən Tereşkovanın təklifini dəstəkləyəcəyini söyləyib.
Qeyd edək ki, bundan öncə Jirinovski növbədənkənar parlament seçkisinin keçirilməsini təklif etmişdi. Onun təklifini demək olar ki, bütün fraksiyalar dəstəkləmişdi.