

Cənubi Koreyanın "Hyundai Motor" və "KIA Motors" avtomobil şirkətləri koronavirus pandemiyası ilə əlaqədar müvafiq olaraq Çexiya və Slovakiyadakı zavodlarda istehsalı dayandırır.
Qərar martın 23-dən qüvvəyə minəcək.
Bu müddət ərzində zavodların işçilərinə əmək haqqının azı 70 faizi məbləğində təzminat veriləcək.
Çexiyada "Hyundai" zavodunda 3 300, Slovakiyada "KIA" zavodunda 4 minədək işçi fəaliyyət göstərir.
Qeyd edək ki, bu günədək Çexiyada 572, Slovakiyada 105 nəfər koronavirusa yoluxub.