Türkiyədə koronadan ölənlərin sayı artdı Dünya

Türkiyədə koronadan ölənlərin sayı artdı

Qardaş ölkə - Türkiyədə son 24 saatda koronavirusdan (COVİD-19) 23 nəfər ölüb və bununla da ölüm sayı 131-ə çatıb.
Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bir gün ərzində virusa 1815 yeni yoluxma faktı qeydə alınıb. Hazırda COVİD-19-a yoluxanların sayı 9 min 217-dir.