11 İyul 18:36
Azərbaycanın güləşçisi U-20 Avropa çempionatında qızıl medal qazanıb
FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təlim keçirdi - FOTO/ VİDEO
Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə regional gərginliyi müzakirə etdi
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir
8 Aprel 2020 12:02
1 792
ABŞ Ümumdünya Səhiyyə Təşkilatına etdiyi maliyyə yardımını dayandıracaq.
Bu barədə ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib. Belə ki, Tramp ÜST-ü COVID 19 pandemiyasında Çinin tərəfdarı kimi davranmaqda ittiham edir.
COVID 19 ilə Mübarizə Tapşırıqları Qüvvələrinin gündəlik mətbuat konfransında çıxış edən prezident qeyd edib ki, təşkilat bəzi çağırışları etməkdə gecikib.
Jurnalistlərin ikinci dəfə mövzu barədə sual ünvanlamasından sonra mövqeyini yumşaldan Tramp daha sonra “qətiyyətlə edəcəyimizi söyləmirəm. Amma bunu gerçəkləşdirmək haqqında düşünəcəyik” ifadələrini işlədib.
ÜST-ü tənqid etməyə davam edən Tramp təşkilatın Çinin Uhan şəhərində baş verənləri dünyadan gizlətdiyini dilə gətirib.