Belarusda koronavirusdan ölənlərin sayı 51-ə çatıb Dünya

Belarusda koronavirusdan ölənlərin sayı 51-ə çatıb

Belarusda koronavirusa yoluxanların sayı 6264 nəfərə çatıb. APA-nın "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirlik bildirib ki, bu günədək COVID-19 yoluxan 51 nəfər vəfat edib.