Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
27 Aprel 2020 09:39
1 869
Son gün ərzində Çinin materik hissəsindəki tibb müəssisələrində yeni növ koronavirusun səbəb olduğu xəstəliyə yoluxmuş insanların sayı 77 nəfər azalaraq 723-ə çatıb, ölüm faktı qeydə alınmayıb.
Bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
Məlumata görə, son bir gündə ölkədə yalnız üç yeni yoluxma faktı aşkarlanıb, onlardan ikisi ölkəyə sonradan gələnlərdir. Çində virusun yayılmasının bütün dövrü ərzində xaricdən gələn 1636 xəstə qeydiyyata alınıb ki, onlardan 1009-u artıq sağalıb. Dünyadakı çətin epidemioloji vəziyyətlə əlaqədar olaraq, 21 apreldə Çin Xarici İşlər Nazirliyi vətəndaşları xarici səfərlər etməməyə çağırıb.
Statistikaya görə, son sutkalarda yoluxmuş 80 nəfər də daxil olmaqla, Çində virusa yoluxmuş insanların 93,5%-i sağalıb. 2019-cu ilin dekabr ayından bəri yoluxma hallarının sayı 82,8 min nəfəri keçib, infeksiyadan rəsmi ölüm səviyyəsi 5,59% -dir (4,6 mindən çox adam ölüb).
Qeyd edək ki, ölkədə günlərdir ölüm faktı müşahidə edilmir.