17 Noyabr 11:44
17 Noyabr 10:22
29 Aprel 2020 09:22
1 547
ABŞ Prezidenti Donald Tramp ət sənayesinin işinə dəstək məqsədi ilə qida təhlükəsizliyi haqqında fərman imzalayıb.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
“Mal əti, donuz əti və quş əti istehsalçıları qida tədarükünün bir hissəsi olaraq öhdəliklərini yerinə yetirməyə davam etməlidirlər. Koronavirus infeksiyasının yayılması bəzi müəssisələrin istehsalat gücünün azalmasına gətirib çıxarıb”, - deyə sənəddə qeyd olunur.
Qida təhlükəsizliyi haqqında sərəncam Koreya müharibəsi (1950-1953) zamanı Hərbi İstehsalat Qanunu əsasında imzalanıb. Bununla da ət emalı müəssisələri pandemiya dövründə fəaliyyətlərini davam etdirəcəklər.
Son həftələrdə ABŞ-da bir sıra ət emalı müəssisələri işçilərin koronavirusa yoluxması hallarına görə müvəqqəti olaraq fəaliyyətlərini dayandırmışdı. Xüsusilə, Ayova, Cənubi Dakota, Minnesota və İllinoys ştatlarında müəssisələr bağlanmışdı.
17 Noyabr 22:10
749
17 Noyabr 20:58
833
17 Noyabr 20:57
784