12 Noyabr 16:44
12 Noyabr 16:37
1 May 2020 12:39
1 743
Pakistan Milli Assambleyasının (parlament) sədri Əsəd Qayser yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ə. Qayser özü bildirib.
“Mənim koronavirus testimin nəticəsi müsbət çıxıb. Hazırda evdə özümü təcrid etmişəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri bu həftənin əvvəlində Baş Nazir İmran Xan və digər hökumət nümayəndələri ilə görüşlər keçirib.
Xatırladaq ki, Pakistanda indiyədək 16 817 nəfər COVID-19-a yoluxub, 385 nəfər vəfat edib.
12 Noyabr 17:18
840
12 Noyabr 16:28
798
12 Noyabr 16:22
854