Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
"ASAN xidmət"in "INNOLAND" mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq
18 May 2020 13:23
1 778
Dünyanın ən böyük acılarından olan Krım tatarlarının sürgünü tarixə qara ləkə olaraq keçib. Türkiyə bütün çətinliklər qarşısında özünü, kimliyini, dilini və mədəniyyətini qoruyan Krım Tatarlarının yanında olmaqda davam edəcək.
Bu sözləri Türkiyə prezidentinin köməkçisi İbrahim Qalın Krım Tatarlarının sürgün həyatının 76-cı ildönümü münasibətilə yaydığı mesajda bildirib.
İbrahim Qalın əlavə edib ki, sürgün olunan yaşlı, körpə, qadınların çoxu həyatını itirib:
“Bu sürgün tarixdə qara ləkə kimi qalıb. Sürgünün üzərindən 76 il keçməsinə baxmayaraq, Krım Tatar xalqının qəsb edilən haqları geri qaytarılmayıb, ağrıları dinlənilməyib. Krımın qanunsuz olaraq ilhaqı yeni acılara vəsilə olub. Türkiyə bütün çətinliklərə rəğmən özünü, kimliyini, dilini və mədəniyyətini qoruyub saxlayan Krım Tatarlarının yanındadır. Türkiyə Krım Tatarlarının haqq və mənafelərini güvənə almaq üçün hər bir platformada cəhdlərini davam etdirəcək”.