Tramp: İranla razılaşma pozuldu, onlara çox güclü zərbələr endirəcəyik
Tramp: İran ətrafındakı vəziyyətə dair görüş iyulun 12-də baş tutub
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşir
Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejiminə daxil olmayacaq
21 May 2020 23:01
2 415
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib.
Tramp Rusiyanın razılaşmaya riayət etməməsi səbəbindən bu qərara gəlindiyini bildirib: "Düşünürəm ki, Rusiya ilə çox yaxşı münasibətlərimiz var. Lakin Rusiya razılaşmaya riayət etmədi. Buna görə də onlar şərtlərə əməl edənə qədər biz müqavilədən ayrılacağıq. Ancaq yeni bir razılaşma əldə edə biləcəyimiz üçün çox yaxşı şans var. Yenidən bir araya gəlmək üçün bir şey edəcəyik”.
Rusiya Xarici işlər nazirinin müavini Aleksandr Qruşko öz növbəsində bildirib ki, rəsmi Moskva tərəfindən sözügedən müqavilə pozulmayıb: “ABŞ-ın qaldırdığı bütün bu məsələlər Açıq Səma Müqaviləsinin məsləhət komissiyası çərçivəsində müzakirə mövzusudur".