
Avropa Birliyi Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq elədiyi sanksiyalara dəyişiklik etməyəcək. "Hər şey razılaşdırıldığı və Avropa səviyyəsində qəbul edildiyi kimi qalacaq". "Reuters"in verdiyi məlumata görə, bu sözləri Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şefer deyib.
"Biz hələ o nöqtəyə çatmamışıq deyək ki, sanksiyaları yumşalda bilərik" - qeyd edib diplomat. Onun sözlərinə görə, sanksiyaların bundan sonrakı taleyi Donbasdakı situasiyanın inkişafından asılı olacaq: "Rusiyaya qarşı əlavə cəza tədbirləri də ola bilər, əvvəlki sanksiyalar götürülə də bilər. Ukraynadakı vəziyyət isə hələ ki, normaldan uzaqdır".