Roqozin qan-qan deyir Dünya

Roqozin qan-qan deyir

"Bu torpaq rus qanı ilə bol-bol sulanıb"

"Rusiya Dnestryanı ərazidə "Ukrayna ssenarisi"nin təkrarlanmasın imkan verməyəcək və öz tarixi rolu tamamilə yerinə yetirəcək".
İTAR-TASS-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya baş nazirinin müavini, Rusiya prezidentinin Dnestryanı üzrə xüsusi nümayəndəsi Dmitri Roqozin "Dnestryanı rus sərhədidir!" muzey ekspozisiyasının açılışında deyib.
Onun sözlərinə görə, Rusiyanın Dnestryanı ərazidə yerinə yetirəcəyi "tarixi rol" burada sülhün və təhlükəsizliyinin təmin olunmasıdır. "Dnestryanı unikal yerdir. Burada Rusiyanın müdafiəsi üçün dəfələrlə qılınclar çarpazlaşıb. Bu torpaq rus qanı ilə bol-bol sulanıb. Əlbəttə, Dnestryanıda Rusiya dövlət quruluşu yoxdur, amma Rusiya vətəndaşları var. Onların sayı təxminən 200 min nəfərdir. Ən vacibi odur ki, bu torpaqdakı insanlar bizimlə vahid tarixi bölüşürlər. Bu çox əhəmiyyətlidir", - deyə D.Roqozin vurğulayıb.
Rusiya baş nazirin müavini bildirib ki, Rusiyada Dnestryanı ərazini "rus dünyası"nın, tarixini isə Rusiya tarixinin bir hissəsi heasab edirlər.
Mərasimdə həmçinin "Dnestryanı Respublika"nın prezidenti Yevgeni Şevçuk iştirak edib.