ABŞ-da ən effektiv koronavirus vaksini yaradılıb Dünya

ABŞ-da ən effektiv koronavirus vaksini yaradılıb

ABŞ-ın Sent-Luis şəhərində Vaşinqton universitetinin alimləri bir doza ilə burun vasitəsilə yeridilən vaksin yaradıb.

Həmin vaksinin siçanlar üzərində sınaqları onun digər vaksinlərdən daha effektiv olduğunu nümayiş etdirib.

Müşahidələrdə məlum olub ki, vaksinin nazal yolla tətbiqi bütün orqanizmdə güclü immun reaksiyası yaradır. Ən güclü müdafiə isə burun boşluğunda və nəfəs yollarında yaranır.

Nazal vaksin koronavirusa nəfəs yollarında çoxalmağa imkan vermir.

Mütəxəssislər bu vaksinin insanlar üzərində sınaqlarının keçirilməsini zəruri hesab edir.