Yeni kitabda Trampın COVID-in təhlükəsindən xəbərdar olduğu bildirilir Dünya

Yeni kitabda Trampın COVID-in təhlükəsindən xəbərdar olduğu bildirilir

Jurnalist Bob Vudvardın yeni kitabında yer alam məlumatlara görə, ABŞ prezidenti Donald Tramp 2020-ci ilin əvvəlində koronavirusun Birləşmiş Ştatlarda nə qədər tələfatlı olacağını bildirdi, amma insanları vahiməyə salmamaq üçün Amerika xalqını xəstəliyin ciddiliyi barədə yanıldıb. Rage adlı kitabda bildirilir ki, virus Çindən bütün dünyaya yayılmağa başladığı zaman ABŞ-ın milli təhlükəsizlik müşaviri Robert O’Brayan yanvarın 28-də Ağ Evdə keçirilən görüşdə Trampa “Bu sizin prezidentlik dövründə üzləşəcəyiniz ən böyük milli təhlükəsizlik hədəsi olacaq” deyib.
“Bu sizin üzləşəcəyiniz ən böyük problem olacaq,” Washington Post” qəzetinin redaktoru Vudvard O’Brayana istinad edərək bildirib. Tramp təhlükənin əhəmiyyətini açıq şəkildə azaldıb. Lakin on gün sonra Vudvarda zəng edib, vəziyyətin daha da qorxulu olduğunu düşündüyünü deyib.
Tramp fevralın 7-də baş tutan telefon danışığında “Virus nəfəs aldığın havadan keçir. Bu hətta ən ağır qripdən belə ölümcüldür,” deyib. İctimaiyyət önündə isə Tramp amerikalılara virusun yaxında yox olacağını və mövsümi qripdən daha pis olmadığını deyirdi. O, ABŞ hökümətinin virusu nəzarət altında saxladığını bildirirdi. Vudvardın lentə aldığı 18 telefon danışığından birində, martın 19-da Tramp təhlükənin əhmiyyətini qəsdən azaltdığını etiraf edib. Ağ Ev bu iddiaların doğruluğunu inkar etməyib, lakin satılan Rage kitabının sayı artdıqca Ağ Evin sözçüsü Kayli MakEnani çərşənbə günü kitabın vurduğu siyasi zərəri azaltmağa çalışıb.
O deyib ki, Tramp “ölkədə sakitliyi qorumağa çalışırdı. Liderlər bunu edir.” “Prezident COVID-lə mübarizədə misli görünməmiş işlər görüb. O, mart ayında 100,000 – 200,000 həyatın itəcəyini bildirmişdi,” - MakEnani söyləyib. Tramp çərşənbə günü Twitter-də “Bob Vudvardda mənim dediklərim aylardır var. Əgər o dediklərimin çox bu qədər pis və ya təhlükəli olduğunu düşünürdüsə nə üçün həyatları xilas etmək məqsədilə onların üstünü dərhal açmadı? Çünki o mənim sözlərimin doğru olduğunu bilirdi. Təşviş yox, sakitlik!” yazıb.
Bu açıqlamalar noyabrın 3-də Trampla onun Demokratik rəqibi, sabiq vitse-prezident Co Bayden arasında keçiriləcək prezident seçkisindən səkkiz həftə öncəyə təsadüf edib. Bayden Miçiqan ştatına kampaniya səfəri zamanı Trampın 190 min amerikalının ölümü ilə nəticələnən və 6.3 milyon insanın yoluxduğu koronavirusla mübarizəsini kəskin tənqid edib. “O, aylar boyu Amerika xalqına bilərək və istəyərək ölkənin üzləşdiyi təhlükə barədə yalan danışıb...O qəsdən işini görməyib,” Bayden deyib. Səhiyyə üzrə ekspertlər deyir ki, bir proqnozda 2021-ci ilin əvvəlinə qədər 410 min amerikalının öləcəyi təxmin edilir.
Corc Vaşinqton Universitetinin siyasi idarətmə professoru Todd Belt bildirib ki, Trampın koronavirus pandemiyası ilə mübarizəsi ilə bağlı kitab həm Respublikaçılar, həm də Demokratları siyasi toxunulmazlıqla təmin edir. “Əlbəttə ki, Respublikaçılar ‘o, rəhbərlik edirdi. O insanların təşvişə düşmələrini istəmirdi. Demokratlar isə ‘bu çox səhv qərar idi və məsələni daha da pisləşdirdi’ deyəcəklər. Ona görə də düşünürəm ki, insanlar bu məsələni partiyaların gözündən təhlil edəcəklər.”
Vudvard Amerika jurnalistikasında 1970-ci illərdə “Washington Post” qəzetinin müxbiri Karl Bernstinlə birlikdə prezident Riçard Niksonun istefasına gətirib çıxaran Vatergeyt skandalını üzə çıxardığına görə tanınır. Onun yeni kitabında Tramp administrasiyasının pandemiya ilə mübarizədə atdığı yalış addımlardan bəhs edilir. Bunda əlavə o, kitabda Trampın dörd illik prezidentlik dövründə baş verən digər məsələlərə də toxunur. “Belə görünür ki, Tramp pandemiya məsələsində heç vaxt federal höküməti tam olaraq mobilizə etmək niyyətində deyildi və problemləri ştatların üzərlərinə yıxmaq istəyirdi,” - Vudvar qeyd edib.
O deyib ki, yoluxucu xəstəliklər üzrə ekspert və administrasiya adından COVID-19-la bağlı sualları cavablandıran Dr. Antoni Fauçi başqa insanlara Trampın “ayrı bir xəttə” olduğunu, iclaslara fokuslanmadığını və onun “aydın məqsədi və ya istiqaməti olmayan” idarəçiliyə sahib olduğunu deyib. Vudvard kitabda bildirib ki, Fauçi Trampın mətbuat konfranslardan birində yanlış bəyanatlarla çıxış etməsindən sonra Oval Ofisdə keçirilən görüşdə Trampın önündə “Biz prezidentin təhlükəyə açıq olmasına, daha sonra onun tənqid olunmasına səbəb olacaq nə isə söyləməsinə icazə verə bilmərik” - deyib. Vudvard Fauçinin xüsusilə də Trampın kürəkəni və Ağ Evin müşaviri Cared Kuşnerdən məyus olduğunu bildirib ki, çünki o, administrasiyanın koronavirusla mübarizəsində hər şeyin doğru olduğunu deyirdi. Virus bütün ölkəyə yayıldığı bir vaxt Kuşner Trampla bağlı “ məqsəd onun başını idarəçilikdən kampaniya aparmağa yönəltməkdir”.