“Onlar İvanaşviliyə tabe olmurdular” Dünya

“Onlar İvanaşviliyə tabe olmurdular”

Gürcüstan parlamentinin azərbaycanlı deputatı ölkədəki siyasi böhranı şərh edib

Gürcüstan hökumətində yaşanan siyasi qalmaqalla bağlı Modern.az saytına açıqlama verən, keçmiş prezident Mixail Sakkaşvlinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının parlamentdə təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov mövcud böhranın onda təəccüb doğurmadığını bildirib.
Deputatın sözlərinə görə əvvəlcədən proqnozlaşdırıldığı kimi, "Gürcü Arzusu" koalisiyası komanda şəklində bir yerdə işləyə bilməzdi. Azər Süleymanov "Gürcü Arzusu"ndakı nazirlərin çoxunun keçmiş baş nazir, Rusiyapərəstliliyi ilə tanınan Bidzina İvanaşviliyə tabe olduqları qənaətindədir: "Onların çox İvanaşvilinin pulunun ətrafına toplaşmışdı. İstefa verən İrakli Alasaniya isə bəlkə də, yeganə nazir idi ki, İvanaşviliyə və baş nazir İrakli Qaribaşviliyə tabe olmaq istəmirdi. O, Qərbmeylli və Rusiyameylli qruplaşmalar arasında qalmış şəxs idi. İrakli Alasaniya Rusiya meylli qüvvələrə qarşı idi. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, "Gürcü Arzusu" Gürcüstanda bir arzu kimi qaldı".
Qeyd edək ki, Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və Böhranların İdarəetməsi Şurasının katibi vəzifəsində çalışıb.