Ermənistan prezidenti 200 minlik auditoriya qarşısında rüsvay oldu Dünya

Ermənistan prezidenti 200 minlik auditoriya qarşısında rüsvay oldu

Ermənistanın prezidenti Armen Sarkisyan “Əl-Cəzirə” telekanalına müsahibəsində Türkiyəni təkcə Dağlıq Qarabağda deyil, həm də Liviya, İraq və Suriyada münaqişələrə müdaxilə etdiyini deyib.

Erməni prezidentinin nitqi aparıcının sualı ilə yarımçıq kəsilib.

Aparıcı soruşub: “Türkiyə Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini niyə gizlətsin?”
Aparıcı daha sonra əlavə edib ki, Türkiyə hakimiyyəti Suriya və İraq ərazilərində terrorçulara qarşı mübarizə apardıqlarını gizlətmir, eləcə də Liviyada rəsmi tanınan hakimiyyəti dəstəkləyir.

Nə deyəcəyini bilməyən A.Sarkisyan bu cavabı verib: “Bu, mənim versiyamdır, Türkiyənin isə öz versiyası var, hansı versiyanı seçməyi özünü qərar verməlisiniz”.