“Saakaşvili itirilmiş reytinqini bərpa etmək istəyir” Dünya
"Eks prezidentin xaricdə oturub Gürcüstan daxilindəki proseslərə qarışmaq, uzaqdan öz itirilmiş reytinqini bərpa etmək istəyi real görünmür"
Eks-prezident Mixail Saakaşvilinin Gürcüstan Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov çıxışında deyib ki, Saakaşvilinin hakimiyyəti dövründə heç vaxt minarələr, məscidlər dağıdılmayıb, imanlı insanlara qadağalar qoyulmayıb, mədrəsələrin qarşısına donuz başı asılmayıb. O, Saakaşvili dövründə həll olunmamış məsələlərin qaldığını bildirib: "Bəzi radikal qruplar var idi ki, onlar Bolnisi rayonu Faxralı kəndində məscidin restavrasiyası ilə bağlı provokasiyalar həyata keçirirdilər. Amma orada da dövlət nəzarəti öz əlinə aldı. Dövlət öz vədinə əməl etdi. Saakaşvili dövründə az məscid tikilməyib, amma onların sayı min də olmayıb. O zamankı müxalifətin nümayəndələri və bəzi dini liderlər hay-həşir salaraq, xristian elektoratı prezidentə qarşı qoymağa çalışırdılar. Əlbəttə, bəzi problemlər həll edilməz qaldı. Məsələn, Bolnisi kəndlərindəki toponimlərlə bağlı məsələ mən və mənim həmkarlarım tərəfindən qaldırılsa da, heç kim bununla bağlı məsuliyyəti üzərinə götürmədi. Belə ki, burada bir tərəfi razı salanda digər hissə elektoratı itirmiş olurdun. Amma problem təkcə bunda deyildi. Bu rayonda stabil vəziyyətdə münaqişə ocağı yaratmaq üçün şərait var idi ki, ondan da üçüncü qüvvələr istifadə edə bilərdilər. Ona görə atılacaq addımlar çox riskli idi və heç kim məhz buna görə məsuliyyəti üzərinə götürmürdü. Məhz bu məsələdən istifadə edən "Gürcüstan Arzusu"nun nümayəndələri olan etnik azərbaycanlılar o zaman müxalifətdə dayanaraq, bizim bütün günahlara məsuliyyət daşıdığımızı bildirirdilər. Halbuki indi həmin insanlar mühüm vəzifələrdə özlərinə yer ediblər. Bu gün onlar belə məsələlərdən danışmağa qorxurlar və dəvəquşu kimi başlarını qumun içinə soxublar".
Bəs ekspertlər bu barədə nə düşünürlər?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bildirdi ki, Saakaşvili öz hakimiyyəti dövründə bir sıra müsbət addımları ilə bərabər ona yaranmış imkan və şəraitdən düzgün istifadə etmədi. Zaman göstərdi ki, o öz davranış və siyasətində bir sıra səhvlərə yol verdi. Hakimiyyətin və ona olan ümidlərin, təriflərin ona verdiyi üstünlüklərdən təvazökarlıqdan uzaq olaraq sui-istifadə etdi. Nəticədə öz xalqı və hətta onu dəstəkləyib hakimiyyətə gətirmiş Qərb qarşısında da gözdən düşdu. Və nəticədə pis formada postunu itirdi. Qafqaz regionu kimi çətin məkanda hər prezidentə müyəssər olmur ki, dövləti qoruyub saxlayıb irəli aparsın. Bu gün Saakaşvili xaricdə oturub Gürcüstan daxilindəki proseslərə qarışmaq, uzaqdan öz itirilmiş reytinqini bərpa etmək istəyir. Bu isə real görünmür. Qeyd edim ki, Qafqaz regionu kimi çətin məkanda hər prezidentə müyəssər olmur ki, uzun müddət öz hakimiyyətini qorusun və bu od-alovun içində dövləti saxlayıb irəli aparsın. Ona görə də Saakaşvili hər şeydən, hətta keçmiş tərəfdarlarından da narazıdır. Düzdür, Gürcüstan azərbaycanlıları Saakaşviliyə bütün gücləri ilə vaxtında dəstək veriblər. Indi o bu dəstəyi yetərincə görmürsə, demək o bu gün buna layiq deyil. Siyasi lider ona olan dəstək problemini ilk növbədə özündə, öz potensialında axtarmalıdır".
Onu da əlavə eədk ki, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili "Tolerantlıq həftəsi" çərçivəsində Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlılar və digər xalqların tələbələri ilə görüşüb. Görüşdə çıxış edən dövlət naziri Gürcüstan Təhsil Nazirliyinin həyata keçirdiyi 1+4 proqramı ilə təhsil alan azərbaycanlı və erməni tələbələrin Gürcüstanın müxtəlif ali məktəblərində uğurla təhsil aldıqlarını bildirib. Tədbirdə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Zaur Darğallı da çıxış edib. O, Gürcüstanın ali məktəblərində mindən çox azərbaycanlı tələbənin təhsil aldığını söyləyib. Sonra Zakareişvili Gürcüstanın ali məktəblərinə qəbul zamanı yüksək bal toplayan 10 nəfər azərbaycanlı və 10 nəfər erməni tələbəyə "Təşəkkürnamə" təqdim edib. Görüşdə dövlət naziri tələbələrin suallarını cavablandırıb.
Zakareişvili görüşü vacib tədbir adlandırıb: "Sevindirici haldır ki, etnik azlıqların nümayəndələri, o cümlədən gənc azərbaycanlı oğlan və qızlar dil baryerini uğurla keçərək yüksək bal ilə Gürcüstanın ali məktəblərinə qəbul olublar. Tələbələrin içində tibb, iqtisadiyyat, jurnalistika, beynəlxalq əlaqələr və digər fakültələrdə təhsil alan gənclər var. İndi onlar üçün oxumaq çox asandır. Dövlət öz vətəndaşları olan gənclər üçün elə şərait yaradıb ki, onlar yaxın və uzaq ölkələrə gedib orada təhsil almasınlar. İndi dövlət dilində Gürcüstan ali məktəblərində təhsil alan tələbələr sonda müxtəlif ixtisaslara yiyələnərək öz vətənlərində qalır, öz istedadlarını ailələrinin firavanlığı naminə sərf edirlər. Bu, bizi sevindirir".
Əli