İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb Dünya

İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb

İranda ötən sutka ərzində 5 471 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 550 757 nəfərə çatıb. Virus daşıyıcılarından 4 895 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 304 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 31 650 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 442 674 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,62 milyondan çox diaqnoz testi həyata keçirilib.