Kanada YUNESKO-nun Dünya Mətbuat Müdafiə Fonduna 1,9 milyon dollar ayıracaq Dünya

Kanada YUNESKO-nun Dünya Mətbuat Müdafiə Fonduna 1,9 milyon dollar ayıracaq

Kanada hökuməti YUNESKO nəzdindəki Dünya Mətbuat Müdafiə Fonduna 1 milyon Kanada dollar (760 min dollar) vəsaiti göndərəcək.

Bu barədə ikinci Qlobal Media Azadlığı Konfransının yekunlarına dair Kanada Xarici İşlər Nazirliyinin başçısı Fransua-Filipp Şampanın verdiyi açıqlamasında deyilir.

Kanada XİN başçısı deyib: "Jurnalistlər insan haqlarının, demokratiyanın və media azadlığının qorunması və təşviqində vacib rol oynayırlar. Bu vacib prinsipləri müdafiə etmək üçün onlar çox vaxt həyatlarını riskə atırlar". F.Şampan eyni zamanda söz azadlığının qorunmasına və jurnalistlərin vəzifələrini yerinə yetirməsinə mane olanlara qarşı çağırış edib.

Xarici İşlər Naziri bununla əlaqədar olaraq, Ottavanın 1 milyon Kanada dollarını müvafiq YUNESKO fonduna köçürəcəyini və infodemiya (koronavirus pandemiyası haqqında müxtəlif və çox vaxt əsassız məlumatların kütləvi şəkildə yayılması) ilə mübarizə ilə bağlı fondlardan birinə daha 1,5 milyon Kanada dolları (1,15 milyon dollar) göndərəcəyini deyib.