Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
27 Noyabr 2020 09:03
1 764
Dünya Bankı və Ukraynanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı (COVID-19) peyvəndlərin və xəstəxanalar üçün avadanlıqların alınması üçün 100 milyon dollar məbləğində birgə layihə hazırlayırlar.
Bu barədə Ukraynanın səhiyyə nazirinin müavini Svetlana Şatalova brifinqdə deyib.
S.Şatalova bildirib: "Səhiyyə Nazirliyi Dünya Bankı ilə birlikdə təxminən 100 milyon dollar dəyərində layihəyə başlayır. Biz bütün sənədlərin üzərində işləyirik. İlk növbədə, bu vəsaitlər COVID-19-a qarşı peyvəndlərin, habelə tibb müəssisələri üçün diaqnostika və laboratoriya avadanlıqlarının alınmasına sərf ediləcək".
Qeyd edək ki, ötən sutka Ukraynada koronavirusa rekord sayda - 15 331 yoluxma halı qeydə alınıb.
16 May 11:14
1 302
16 May 11:09
2 380
15 May 20:36
1 603