5 Yanvar 2021 11:14
2 590
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 316 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 232 079, ölənlərin sayı isə 2 646 nəfərə çatıb.
Virusa yoluxanlardan 222 787 nəfərin sağaldığı bildirilir.
09:21
1 239
09:20
1 148
09:19
1 120