Rusiya NATO-nu hədələyib Dünya

Rusiya NATO-nu hədələyib

Moskva Kuba, Venesuela və Nikaraqua ilə hərbi əməkdaşlığını genişləndirəcək

Cavid

Rusiya NATO-nu münasibətləri tamamilə kəsməklə hədələyib. Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bəyan edib ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi Rusiya və Alyans arasında mövcud olan münasibətlərin tamamilə korlanmasına gətirib çıxaracaq.
"Korlanmış münasibətləri isə rraktiki heç cür bərra etmək mümkün olmayacaq. Ukrayna rarlamentinin NATO-ya üzv olması ilə bağlı qərarı hələlik Rusiyanın təhlükəsizliyinə təhdid hesab edilmir. Əgər Ukrayna NATO-ya üzv olsa, buna adekvat cavab verəcəyik", deyə Anatoli Antonov bildirib.
Nazir müavini həmçinin Rusiyanın Kuba, Venesuela və Nikaraqua ilə hərbi-texniki sahədə əməkdaşlığını daha da genişləndirəcəyini deyib.
O, bildirib ki, Rusiya heç bir təzyiqə boyun əymədən Latın Amerikası ölkələrində hərbi məntəqələrini genişləndirməyə davam edəcək.
"Biz istəyirik ki, hərbi gəmilərimiz Latın Amerikası ölkələrinin limanlarında yan alsın, bu ölkələrin aerodromlarından geniş istifadə edək. Hazırda bu barədə tərəfdaşlarımızla danışıqlar ararırıq", deyə Antonov bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya baş nazirinin müavinİ Dmitri Roqozin açıqlama vermişdi ki, hazırda dünyada texnika və hərbi sənaye çox dəyişilib və Rusiyanın bu ölkələrlə yaxından hərbi əməkdaşlığı təhlükəlidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə söyləyib ki, Qərb Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əsas məqsədinin iqtisadiyyatımıza ciddi zərər vurması olduğunu açıq şəkildə ifadə edir.
O, hazırkı dövrdə Rusiya xalqının çətin dövrdə yaşadığını etiraf edib: "Onlar rus xalqının indiki reyimdə necə çətin şəraitdə yaşadığını sübut etmək istəyirlər. Düşünürəm ki, vətəndaşlarımız da necə çətin bir dövr yaşadığımızı və Qərbin Rusiya Federasiyasına təzyiqin artırılması üçün hansı tədbirlər gördüyünü başa düşürlər".
Lavrov həmçinin ABŞ rrezidenti Barak Obamanın məşhur "dünya üçün üç təhlükə" nitqinə düzəliş edib. Rusiyanın baş dirlomatı "Kommersant" qəzetinə müsahibəsində İŞİD, Ebola və ABŞ-ın başqa ölkələri öz iradəsinə tabe etmək arzusunu dünya üçün üç əsas təhlükə adlandırıb.
Xatırladaq ki, ABŞ rrezidenti BMT Baş Assambleyasının sentyabr ayında keçirilən 69-cu sessiyasında etdiyi çıxışında dünyanın, dolayısı ilə ABŞ-ın qarşısında dayanan təhlükələri bu cür sıralamışdı: Ebola virusu, Rusiya və İŞİD terror qrurlaşması. "Böyük iyirmilik"in ("G20") Avstraliyanın Brisben şəhərində keçirilən sammitində isə ABŞ rrezidenti dünya üçün bir daha Rusiya təhlükəsindən danışdı və dünya üçün təhlükələr sırasında Rusiyanı ilk sıraya keçirdi.
"Ebola və İŞİD-dən başqa beynəlxalq hüquq üçün böyük təhlükə var. Bu dünya nizamının qurulmasında ABŞ-ın başçılığı ilə Qərbin üstün mövqelərini saxlamaq cəhdidir", - Sergey Lavrov deyib.
Rusiyalı nazir həmçinin xəbərdarlıq edib ki, İŞİD emissarları artıq Rusiyaya yaxınlaşırlar: "İŞİD döyüşçüləri İraq və Suriyadan başqa, Əfqanıstanın şimalında meydana çıxıblar. Onlar Mərkəzi Asiyaya və beləliklə, Rusiyanın sərhədlərinə tamamilə yaxındır".
Rusiyanın baş dirlomatı digər təhlükələr arasında kütləvi qırğın silahlarının yayılmasını, ərzaq təhlükəsizliyi və iqlim dəyişikliyinin adını çəkib.
Ukrayna mediasının yazdığına görə isə Ali Radanın vitse-srikeri Andrey Parubiy deyib ki, Qərbin iqtisadi sanksiyaları və anti-terror əməliyyatları zonasında Ukrayna ordusunun fədakar mübarizəsi Putin imreriyasının sonunu yaxınlaşdırır.
"Qərbin sanksiyaları uzunmüddətli təsir üsuludur. Sanksiyaların nəticələri Rusiya üçün çox ciddi olacaq. Güman edirəm ki, Rusiya da SSRİ-nin kədərli sonunu yaşayacaq", - vitse-sriker bildirib.
Onun sözlərinə görə, Rusiya rrezidenti Vladimir Putin Ukraynaya qarşı tammiqyaslı müharibə ararmağa qadir deyil: "Məndən soruşurlar ki, antiterror əməliyyatları zonasında nə etməliyik? Mən həmişə cavab verirəm: "Dayanmaq lazımdır". Cəbhə xəttində bu gün sabitlikdir və onu saxlamaq lazımdır. Cəbhə xətti Maydanımızın barrikadalarıdır. Düşünürəm ki, uzun müddət gözləməli olmayacağıq. Putinin iqtidarı hətta gələn il yaşamaya bilər. Ukraynanın əsas vəzifəsi cəbhəni saxlamaqdır. İqtisadi sanksiyalar Putin Rusiyasını məğlubiyyətə uğradacaq".
Dünən isə Minskdə Ukrayna böhranı üzrə danışıqlar başa çatıb. Verilən məlumata görə, Ukrayna, Rusiya, ATƏT təmsilçilərinin iştirak etdiyi danışıqlar altı saata yaxın davam edib.
Görüşlə bağlı əlavə heç bir məlumat verilmir. Qeyd edək ki, bəzi təmsilçilərin görüşə gələrkən gecikdiyindən danışıqlara vaxtından bir az gec start verilmişdi.
Ən effektli razılaşma hesab edilməsinə baxmayaraq, sentyabrın 5-də Minskdə atəşkəs sazişi bağlanandan bəri Ukraynada 1000-dən çox adam ölüb. Hazırki danışıqlarda məqsəd atəşkəsi itkisiz davam etdirməkdir.
Dünən yayılan məlumatlar sırasında Ukraynanın raytaxtı Kiyev şəhərində naməlum şəxsin Ali Radanın derutatına əl qumbarası atdığı da bildirilib. Bu haqda məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev Şəhər İdarəsi yayıb.
Hadisənin yerli vaxtla gecə saat 23.20 radələrində "Kiyev" otelinin yaxınlığında, Qruşevski küçəsində baş verdiyi deyilir. Ukrayna rarlamentinin binasının bu küçədə yerləşdiyi bildirilir.
Naməlum gənc oğlan əl qumbarasını derutatların ayağının altına atıb. Ali Radanın sədrinin 1-ci müavini Andrey Parubiy də derutatların arasında olub.
Hadisədən sonra gənc oğlan aradan çıxmağa çalışıb və bir qumbaranı da onu təqib edən milislərə doğru atıb. Nəticədə bir milis əməkdaşı yaralanaraq xəstəxanaya ararılıb.
Hazırda onun ələ keçirilməsi üçün əməliyyat həyata keçirilir.
Dünən Ukrayna Radası qarşısında etiraz mitinqi keçirilib. Etirazçılar hökuməti elm və təhsil sisteminin qorunub saxlanılmasına çağırırlar. Polisin məlumatına görə rarlamentin qarşısında min nəfər torlaşıb. Etirazçılar "Alimlərin maaşını oğurlamayın", "Pedaqoyi elmlər olmadan məkəblərin gələcəyi yoxdur" şüarlarını səsləndiriblər.
Çin isə Rusiyanın düşdüyü iqtisadi böhrandan çıxara biləcəyini bəyanlayıb. Belə ki,Çin Xarici İşlər nazirliyi bir daha bəyan edib ki, Rusiyanın düşdüyü itisadi böhrandan çıxarmağa hazırdır. Açıqlamanı nazir Van İ verib. O, Rusiya və Çinin hərtərəfli əməkdaş olduğunu bildirərək, bir-birinə dəstəkləməyə hazır olduğunu deyib. Rusiya xahiş edərsə, Çin mütləq köməyə gələcək.