

Fransada pandemiya başlayandan koronavirus qurbanlarının sayı 80 147-ə yüksəlib.
Xəstəxanalarda ölənlərin ümumi sayı 55 476 olub, qalan ölümlər qocalar evlərində və digər tibbi və sosial müəssisələrdə qeydə alınıb. Son yeddi gün ərzində 10 886 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 1758-i reanimasiyadadır.
Son sutkada ölkədə 18 870 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, buna aid ümumi göstərici isə 3 360 235-ə çatıb.
Qeyd edək ki, Fransada əhalinin peyvənd kampaniyası 27 dekabrda başlayıb. Bu günə qədər ölkədə təxminən 2 milyon nəfər koronavirusa qarşı aşılanıb.