

9 İyul 11:59
9 İyul 10:36
9 İyul 09:10
“Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.
O bildirib ki, peyvənləmənin tədricən virusu təsir etməyə başladığını görürük: “Ancaq bu mərhələdə pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.
Oxşar açıqlama ilə ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da çıxış edib. Onun sözlərinə görə, hazırda təşkilat peyvəndləmə fonunda ilin sonuna qədər ölüm və ağır xəstəlik hallarının azaldılacağını gözləyir.