Tehran: ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxiləsinə icazə verməyəcəyik
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidə Zəfər parkını ziyarət edib - FOTO
19 Mart 2021 15:55
8 078
ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putin barəsində işlətdiyi ifadələr qəbuledilən deyil.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, V.Putin səslənən ittihama ustalıqla cavab verib:
"Bir dövlət başçısının bu cür ifadə istifadə etməsi qəbuledilən deyil. Vladimir Putin ustalıqla cavab verərək doğru addım atıb".
Qeyd edək ki, bir neçə gün əvvəl C.Bayden jurnalistlərlə söhbəti zamanı V.Putini qatil adlandırmışdı. V.Putin isə bu sözləri uşaq oyunu ilə müqayisə etmişdi.