Rusiyalı professor: “Koronavirusa yoluxanların isti ölkələrə səfəri qətiyyən yolverilməzdir” Dünya

Rusiyalı professor: “Koronavirusa yoluxanların isti ölkələrə səfəri qətiyyən yolverilməzdir”

“Koronavirusa yoluxan insanlar isti iqlimə malik ölkələrə uçuşları qətiyyən yolverilməzdir. Çünki ürək-damar sistemi yüksək temperaturdan əziyyət çəkir və tromboz (qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması – red.) riski ortaya çıxır”.

APA-nın məlumatına görə, bunu Rusiya Səhiyyə Nazirliyinin tibbi reabilitasiya üzrə baş mütəxəssisi, professor Qalina İvanova “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Mütəxəssis ürək-damar sistemində baş verən dəyişikliklərlə əlaqədar bildirib ki, sözügedən xəstələr bu səbəbdən dağlıq əraziyə getməzdən, yaxud xizək sürməzdən əvvəl həkimə müraciət etməlisidirlər: “Bu o demək deyil ki, ömür boyu oturmaq və trombozdan qorxmaq lazımdır. Sağlamlığınıza diqqət yetirməli, ümumi pulmonoloq, fiziki və reabilitasiya həkimindən məsləhət alınmalıdır”.

Q.İvanova əlavə edib ki, koronavirusa yoluxanlarda, həmçinin, tənəffüs funksiyasının bərpası ən az 12 həftə çəkir. Professor gözlənilən müddətdə tənəffüs funksiyasına ciddi diqqət yetirməyi də tövsiyə edib”.