

21 Oktyabr 18:51
21 Oktyabr 15:49
AMB sədri: "Bank BTB"nin fəaliyyəti ilə bağlı hər hansı problem yoxdur
Estoniya XİN Azərbaycan üzərindən Qazaxıstan taxılının Ermənistana göndərilməsini alqışlayır
Qurban Pirimov "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsini icra edəcək
Azərbaycandan Gürcüstan dəmir yolları ilə yükdaşımalarının müddəti azaldılacaq
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə 290 mln. avro xalis mənfəət əldə edib ki, bu da 2019-cu illə müqayisədə 4,9 dəfə azdır.
"APA-Economics"in bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bank bunun əsas səbəbini COVID-19 pandemiyası fonunda fəaliyyət göstərdiyi bütün bölgələri əhatə edən son dərəcə çətin iqtisadi və maliyyə durumunda görür. Bildirilir ki, 2020-ci ildə əldə olunan mənfəət əsasən bankın səhmdar kapitalına qoyulan investisiyaların hesabına yaranıb.
Bundan əlavə, bankın xalis mənfəətinin kəskin azalmasına kredit portfelinin sağlamlığının zəifləməsi olub. Belə ki, pandemiya fonunda AYİB-in kredit portfelindəki vaxtı keçmiş kreditlərin payı ötən il ərzində 4,5%-dən 5,5%-dək yüksəlib. Hesabat ilində bankın xalis faiz gəlirləri isə 764 mln. avro təşkil edib, bu da 2019-cu illə müqayisədə 6,8% azdır.
Ötən ilin dekabrın 31-i tarixinə bankın cəmi aktivlərinin həcmi 69,772 mlrd. avro təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur. Cəmi öhdəliklərin həcmi isə 51,881 mlrd. avroya bərabər olub, bu göstərici illik ifadədə 3% artıb. Cəmi kapital isə 0,3% artaraq 17,891 mlrd. avroya çatıb.
Layihələr gəldikdə, AYİB-in üzv ölkələrindəki layihələrinin (411 layihə) məbləği 27,224 mlrd. avro təşkil edib, bu da illik müqayisədə 22% azdır. Təkcə 2020-ci ildə bank öz öhdəliyinə 10,995 mlrd. avroluq maliyyələşməni götürüb ki, bu da 2019-cu illə müqayisədə 9% çoxdur.
Qeyd edək ki, "Moody's Investors Service" beynəlxalq reytinq şirkəti bankın kredit reytinqini "Aaa" (proqnoz – "stabil"), "Standard & Poor’s" beynəlxalq reytinq agentliyi "AAA" (proqnoz – "stabil"), "Fitch Ratings" isə "AAA" (proqnoz – "mənfi") səviyyəsində qiymətləndirir.
Xatırladaq ki, AYİB bu günədək Azərbaycana 175 layihə üzrə 3,189 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 84,2%-i (2,684 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənib. Ümumi investisiyaların 22%-i özəl sektorun payına düşüb.
Martın 31-nə isə bankın Azərbaycandakı aktiv portfelinin həcmi 35 layihə üzrə 1,201 mlrd. avro (ödənilməmiş öhdəliklər daxil olmaqla) təşkil edib. Bu yanvarın 31-i ilə müqayisədə 4,2% artıb. Təkcə 2020-ci ildə isə bank Azərbaycana 6 layihə üzrə 17 mln. avro həcmində investisiya yatırıb.