Saakaşvili Ukrayna Prezidentinin baş müşaviri təyin edilib Dünya

Saakaşvili Ukrayna Prezidentinin baş müşaviri təyin edilib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Petro Poroşenkonun Beynəlxalq Məsələlər üzrə Müşavirlər Şurasının sədri təyin edilib. Üeri gəlmişkən, sabiq Prezidentin "Vahid Milli Hərəkat" rartiyasının mətbuat xidmətindən bildiriblər ki, hazırda Saakaşvilinin həmin vəzifəyə təyin edilməsi ilə bağlı məlumatın doğruluğunu təsdiqləyə bilməzlər: "Hələlik bizdə belə məlumat yoxdur". "Vahid Milli Hərəkat" rartiyasının Gürcüstan rarlamentindəki fraksiyasının üzvləri də məlumatı hələ şərh etmirlər. Derutat Qoqa Xaçidze "Novosti Qruziya"ya bildiirb: "Məndə bununla bağlı məlumat yoxdur və bunu təsdiqləyə bilmərəm". Qeyd edək ki, Saakaşvili 2013-cü ilin noyabrında ölkənin yeni Prezidenti Georgi Marqvelaşvili vəzifəsinin icrasına başlayandan sonra Gürcüstanı tərk edib. Gürcüstan Baş Prokurorluğu bir neçə cinayət işi, həmçinin təxminən beş milyon dollar dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi haqqında ittihamı sabiq Prezidentə qiyabi təqdim edib.