Yanukoviç infarkt keçirib Dünya

Yanukoviç infarkt keçirib

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç infarkt keçirib. APA-nın xəbərinə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Moskovskiy komsomolets" qəzetinin yazdığına görə, hazırda Yanukoviç Moskva xəstəxanalarının birindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir. Lakin rəsmi məlumat hələlik verilmir.