“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
9 İyun 2021 10:29
2 779
Ermənistanda iki hərbi hissə komandiri haqqında xidməti araşdırma təyin olunub.
Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bununla əlaqədar araşdırma müddətində hərbi hissə komandirləri – polkovniklər Tadevosyan və Gevorqyan xidmətdən uzaqlaşdırılıb.
Bundan əvvəl müxalifət təmsilçiləri Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla siyasi fikir ayrılıqlarına və onu dəstəkləmədiklərinə görə həmin polkovniklərin səlahiyyətinin dayandırıldığı barədə açıqlamalarla çıxış etmişdi.
Qeyd edək ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçiriləcək. İyunun 7-dən seçkiqabağı kampaniyaya start verilib.